Sosial media üçün təhlükə: Süni intellekt məzmunu sürətlə artır

Süni intellektlə hazırlanan videoların sosial media platformalarında sürətlə artması narahatlıq doğurur. Yeni araşdırma xüsusilə “TikTok” və “YouTube”-da keyfiyyətsiz süni intellekt məzmununun geniş yayıldığını ortaya qoyub.
Sfera.az xəbər verir ki, video redaktə platforması Kapwing-in araşdırmasına əsasən, “TikTok”-da yeni istifadəçilərə təqdim olunan videoların təxminən 60 faizi, “YouTube” məzmununun isə 21 faizi süni intellekt vasitəsilə hazırlanıb.
Araşdırmada ən böyük problemin uşaqlara yönəlmiş videolarda olduğu bildirilib. Belə ki, #CartoonKids həştəqi altında yayımlanan videoların 97 faizi, #cartoons və #babysong etiketli məzmunların isə 83 faizi süni intellekt tərəfindən hazırlanıb.
Mütəxəssislər qeyd edirlər ki, bu tip videolar daha çox yeni istifadəçilərə göstərilir. Lakin istifadəçi vərdişləri formalaşdıqca platformaların alqoritmləri bu cür məzmunları daha az tövsiyə etməyi öyrənir.
Mənsumə
