Aİ-dən ukraynalı kişilərlə bağlı yeni qərar

Avropa İttifaqı (Aİ) Ukrayna vətəndaşları üçün tətbiq olunan müvəqqəti müdafiə proqramını 2028-ci ilin mart ayınadək uzatmağı planlaşdırır. Bununla yanaşı hərbi xidmət yaşında olan ukraynalı kişilərin yeni müraciətlər üzrə bu proqramdan kənarda saxlanılması təklif edilib.
Sfera.az xəbər verir ki, Avropa Komissiyasının hazırladığı təklif Ukraynanın müdafiə imkanlarını gücləndirmək məqsədi daşıyır. Bildirilir ki, son illərdə hərbi xidmət yaşında olan bəzi ukraynalı kişilər ölkəni qanunsuz yollarla tərk edərək Aİ ölkələrində müvəqqəti müdafiə statusu əldə ediblər.
Məlumata görə, hazırda müvəqqəti müdafiə statusu almış şəxslərin hüquqları dəyişməyəcək. Yeni qayda yalnız bundan sonra ediləcək müraciətlərə şamil oluna bilər. Təklifin qüvvəyə minməsi üçün Aİ-yə üzv ölkələrin təsdiqi tələb olunur.
Qeyd edək ki, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədən sonra yaradılan müvəqqəti müdafiə proqramı sayəsində 4 milyondan çox ukraynalı Aİ ölkələrində yaşamaq və işləmək imkanı əldə edib.
Mənsumə
