Fatih Ürekin milyonluq mirası ilə bağlı qərar verildi

Mərhum müğənni Fatih Ürekin vəfatından sonra mirası ilə bağlı yayılan iddialara bacısı Selvi Ürek münasibət bildirib. O, ailə üzvləri arasında miras üstündə hər hansı mübahisənin olmadığını deyərək bütün hüquqi prosedurların vəkil vasitəsilə həyata keçirildiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Selvi Ürekin sözlərinə görə, rəsmi proses başa çatdıqdan sonra sənətçinin qalan əmlakı dörd qanuni varis arasında bərabər şəkildə bölüşdürüləcək. O, həmçinin Fatih Ürekin vergi və bank borclarının böyük hissəsinin onun şəxsi vəsaiti hesabına ödənildiyini bildirib.
Bacısı mərhum sənətçinin şəxsi əşyalarının taleyindən də danışıb. Onun sözlərinə görə, zinət əşyalarının bir hissəsi satılıb bir hissəsi isə ailə üzvləri tərəfindən xatirə kimi saxlanılıb. Gözlükləri, bəzi çantaları və digər şəxsi əşyalar da ailədə qalacaq.
Qalan ayaqqabılar, səhnə geyimləri və digər əşyalar isə satışa çıxarılacaq. Satışdan əldə olunacaq vəsaitin tamamilə təhsil layihələrinə və küçə heyvanlarının qorunmasına ianə ediləcəyi bildirilib.
Mənsumə
