Lukaşenko: "Hamı ağlını başına yığacaq"

Lukaşenko: "Hamı ağlını başına yığacaq"
Kateqoriya məlum deyil
T

Belarus Prezidenti Aleksandr Lukaşenko bu yaxınlarda Ukrayna lideri Volodimir Zelenskinin nümayəndələrinə mühüm mesaj ötürdüyünü bəyan edib. O, Rusiya, Belarus və Ukrayna xalqlarının tezliklə yenidən bir araya gələcəyinə əminliyini ifadə edib.


Sfera.az xəbər verir ki, Belarus dövlət başçısı bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko ilə keçirdiyi görüşdə məlumat verib.


"Mən əminəm və bu yaxınlarda Zelenskinin nümayəndələrinə də mesaj ötürmüşəm ki, xalqlarımız bir yerdə olacaq. Tez ya gec onsuz da bir yerdə olacağıq, başqa cür necə ola bilər ki?!", - deyə Lukaşenko vurğulayıb.


Belarus lideri münasibətlərin bərpasına ümid etdiyini də gizlətməyib:


"Zaman keçəcək, hamı ağlını başına yığacaq və biz münasibətləri qaydasına salacağıq. Bu məsələdə Rusiyaya söz verirəm ki, Belarusa tam güvənə bilərsiniz".


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ