Qışqıraraq “Ginnesin Rekordlar Kitabı”na düşdü

Qışqıraraq “Ginnesin Rekordlar Kitabı”na düşdü
Kateqoriya məlum deyil
T

Avstraliyalı bir kişi 122,4 desibel gücündə qışqıraraq Ginnesin Rekordlar Kitabına düşüb.

Sfera.az xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının rəsmi məlumatında bildirilib. Bu səs gücü ildırım səsi və ya pnevmatik çəkicin zərbəsinə bənzədilir.

58 yaşlı Cozef MakQreyl-Beytap kondisioner təmiri ustası və eyni zamanda şəhərin fəxri carçısı kimi çalışır. O, 2 may tarixində radio efirində “indi” sözünü qışqıraraq bu rekordu qeydə alıb. Yeddinci cəhddə o, 1994-cü ildən bəri qorunan göstəricini (121,7 desibel) keçə bilib.

Rekorddan sonra onun öz sözlərinə görə, bir neçə gün səsini tam itirib. MakQreyl-Beytap bildirib ki, belə bir yarışa məşqlə hazırlaşmaq mümkün deyil, əsasən səs tellərini qorumaq lazımdır.

Şkala üzrə hər 10 desibel səsin iki dəfə artması deməkdir. Onun qışqırığı 130 desibellik ağrı həddinə çox yaxındır. Bu səviyyə reaktiv təyyarənin qalxma səsi ilə müqayisə edilir. O, 2019-cu ildə də başqa bir Ginnes rekorduna imza atıb – oxatma üzrə sürət rekorduna.

İnci

Sfera.az

PAYLAŞ