İbrahim Tatlısəs xəstəxanada - Yeni GÖRÜNTÜLƏR

İbrahim Tatlısəs xəstəxanada - Yeni GÖRÜNTÜLƏR
Kateqoriya məlum deyil
T

Türkiyə şou-biznesinin meqastarı, "İmperator" ləqəbli İbrahim Tatlısəsin xəstəxanada olan son görüntüləri ortaya çıxıb.

Sfera.az bildirir ki, ustad sənətkarın Ankara Bilkent Şəhər Xəstəxanasında fiziki müalicə (fizioterapiya) aldığı məlum olub.

Bir müddətdir xəstəxanada müalicə olunan sənətçinin palatadan paylaşılan son fotosu pərəstişkarları tərəfindən böyük maraq və narahatlıqla qarşılanıb.

Xatırladaq ki, İbrahim Tatlısəs ötən aprel ayında evində qəfildən pisləşərək xəstəxanaya qaldırılıb və reanimasiya şöbəsində müalicə altına alınıb. Xəstəxanadan evə buraxıldıqdan sonra isə onun üçün yeni reabilitasiya dövrü başlayıb.

Səhhəti ilə bağlı yayılan iddialara aydınlıq gətirən Tatlısəs şəxsən açıqlama verərək bildirib:

"Son günlər səhhətimlə bağlı çıxan xəbərlərə aydınlıq gətirmək istəyirəm. Allaha şükür, ümumi sağlamlıq durumum olduqca yaxşıdır. Ancaq bildiyiniz kimi, keçirdiyim əməliyyatdan sonra bir müddət hərəkətsiz qalmaq məcburiyyətində oldum. Bu müddətdə əzələlərimdə güc itkisi və bəzi zəifləmələr yarandı. Həkimlərimin tövsiyəsi ilə sağlamlığıma tam qovuşmaq və gündəlik həyatıma daha güclü davam edə bilmək üçün öz istəyimlə fizioterapiya proqramına başladım. Bəzi xəbərlərdə deyildiyi kimi, xəstəxanaya təcili vəziyyətdə qaldırılmamışam. Əksinə, mövcud durumumu daha yaxşı nöqtəyə çatdırmaq üçün planlı şəkildə müalicə alıram".

Məşhur sənətçinin xəstəxanadakı son halı AKP Ankara İl sədri Hakan Han Özcanın onu ziyarəti zamanı çəkdirdiyi fotoşəkillə üzə çıxıb. Paylaşılan foto qısa müddətdə sosial şəbəkələrin gündəminə çevrilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ