Yayda bu ayaqqabılar dəbdə olacaq - FOTO

Moda eksperti Vladislav Lisovets yay mövsümünün ən trend ayaqqabı modellərini açıqlayıb.
Sfera.az xəbər verir ki, stilist öz bloqunda bildirib ki, bu mövsüm çiçək naxışlı ayaqqabılar xüsusilə aktualdır.
Onun sözlərinə görə, bu cür modellər sadə və tək rəngli geyimləri canlandırır, obrazlara romantik və fərdi üslub qatır.
“Çiçəkli motivlər bu mövsümün ən diqqətçəkən trendlərindən birinə çevrilib. Dizaynerlər ayaqqabıları sanki çiçəklərlə bəzəyirlər. Bu modellər həm cinslərlə, həm də klassik kostyumlarla ideal uyğunlaşır”, – deyə Lisovets bildirib.
Moda eksperti həmçinin açıq burunlu ayaqqabıların da trend olaraq qaldığını vurğulayıb. Onun sözlərinə görə, incə qayışlı sandallar və “şap-şap” tipli hündür dabanlı modellər də dəbdədir.
“Bu ayaqqabılar obrazı daha yüngül və cazibədar edir. Uzun donlarla və qısa şalvarlarla mükəmməl uyğunlaşır. Əsas şərt isə baxımlı ayaqlardır”, – deyə stilist qeyd edib.
Qeyd edək ki, Lisovets daha əvvəl də yay mövsümünün geyim trendləri ilə bağlı tövsiyələrini bölüşmüşdü.
İnci

