Şimali Koreyadan ani qərar: Səfir geri çağrıldı

Şimali Koreyadan ani qərar: Səfir geri çağrıldı
Kateqoriya məlum deyil
T

Şimali Koreya Londondakı səfiri Mun Myong Sinin geri çağırıldığını və vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

Sfera.az xəbər verir ki, rəsmi açıqlamada bildirilib ki, Böyük Britaniya sanksiyalarını ləğv etməsə, diplomatik münasibətlər müvəqqəti işlər vəkili səviyyəsində qalacaq.

Məlumata görə, bu qərar iki ölkə arasında ən yüksək səviyyədə rəsmi əlaqələrin məhdudlaşdırılacağı deməkdir.

Bəyanatda Londonun qərarının "qeyri-etik və siyasi motivli təxribat" olduğu iddia edilərək, Şimali Koreyanın beynəlxalq imicini hədəf aldığı və Rusiya ilə münasibətlərini zəiflətmək məqsədi daşıdığı iddia edilib.

Qeyd edək ki, sözügedən sanksiya qərarı Şimali Koreyanın şərq sahilindəki Vonsan bölgəsi yaxınlığında yerləşən Sonqdovon Beynəlxalq Uşaq Düşərgəsi ilə bağlıdır. Belə ki, Böyük Britaniya düşərgəni Rusiya ilə əlaqəli gənclər proqramlarının bir hissəsi kimi qiymətləndirib və bunun ukraynalı uşaqlara qarşı təbliğat fəaliyyəti olduğunu elan edib.

Şimali Koreyanın Xarici İşlər Nazirliyi iddiaları rədd edərək düşərgənin yalnız təhsil və mədəni məqsədlər üçün fəaliyyət göstərdiyini iddia edib. Bəyanatda Böyük Britaniyanın qərarının "əsassız ittihamlara" əsaslandığı və uşaqların hüquqlarını pozduğu vurğulanıb.

Pxenyan rejimi sanksiyaların ləğv edilməməsi halında Londonla münasibətlərin daha da pisləşəcəyinə işarə edib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ