73 yaşlı Putinin gənc qalmasının sirri məlum olub

73 yaşlı Rusiya Prezidenti Vladimir Putinin gənc və enerjili qalmaq üçün istifadə etdiyi üsullar beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. İddialara görə, Rusiya lideri mütəmadi olaraq bədənin çox aşağı temperatur təsirinə məruz qaldığı xüsusi “krioterapiya” otaqlarında vaxt keçirir.
Sfera.az-ın xəbərinə görə, Putin qocalma prosesini yavaşlatmaq və fiziki formasını qorumaq məqsədilə temperaturu -112,2 dərəcə Selsiyə qədər endirilən krioterapiya seanslarında iştirak edir.
Məlumatlara əsasən, keçən il Pekində keçirilən görüş zamanı Putin və Çin Prezidenti Si Cinpin insan ömrünün gələcəkdə orqan transplantasiyası texnologiyaları hesabına 150 ilə qədər uzadıla biləcəyi ilə bağlı fikir mübadiləsi aparıblar.
Britaniya mətbuatında yayılan iddialarda qeyd olunur ki, Putin uzunömürlülüklə bağlı tədqiqatlara 1,2 trilyon türk lirəsinə (təxminən 60–66 milyard Azərbaycan manatı) bərabər həcmdə büdcə ayırıb.
Həmçinin bildirilir ki, Rusiya lideri bu sahədə çalışan alimlərə yeni biotexnoloji həllərin hazırlanması ilə bağlı tapşırıqlar verib. Tədqiqat istiqamətləri arasında 3D printerlər vasitəsilə canlı toxumaların istehsalını hədəfləyən bioçap texnologiyası və canlı hüceyrə, toxuma və ya orqanların bir növdən digərinə köçürülməsi prosesi olan ksenotransplantasiya da yer alır.
Qeyd edək ki, bu məlumatlar müxtəlif beynəlxalq media orqanlarında yayılan iddialara əsaslanır.
Mənsumə
