Bir şüşə şampun qabı 22 illik faciəyə səbəb oldu

Bir şüşə şampun qabı 22 illik faciəyə səbəb oldu
Kateqoriya məlum deyil
T

Çində 9 yaşlı bir qızcığaz şampun geli butulkasını sındırdığı üçün cəzalandırılmaqdan qorxaraq evdən qaçıb və 22 il sonra tapılıb.

Sfera.az bildirir ki, bu barədə “South China Morning Post” xəbər yayıb.

Belə ki, Syuçunq ailəsi daha yaxşı qazanc üçün Quanqdonq əyalətinə köçüb. 2004-cü ildə onların qızı Lyu rəfiqəsinin evində oynayarkən hamamda şüşə flakonu təsadüfən sındırıb. Anasının qəzəbindən qorxan qız evdən çıxaraq qaçıb. Valideynləri onu üç gün axtarıb, yerli televiziyada elan veriblər, lakin nəticə olmayıb. Evdən qaçan qızı tərəvəz bazarında tapan bir kişi övladlığa götürüb.

İllər sonra hazırda 31 yaşında olan Lyu könüllülərin və polisin köməyi ilə ailəsinin izinə düşərək Szyansi əyalətindəki doğma kəndinə qayıdıb. Ailəsi onun şərəfinə təntənəli qarşılama təşkil edib: plakatlar asılıb, çiçəklər gətirilib və fişənglər atılıb.

Ana göz yaşları içində qızından onu qoruya bilmədiyi üçün üzr istəyib və boynuna qızıl boyunbağı taxıb. Lyu isə ailəsini illərlə əzabda saxladığı üçün üzr istəyib. Qadın hələlik ailəsi ilə qalaraq-qalmayacağı barədə qərar verməyib.

İnci

Sfera.az

PAYLAŞ