Logo

Messidən yeni rekord

Messidən yeni rekord
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarının final mərhələsində vurduğu qolların sayına görə Almaniya yığmasının sabiq hücumçusu Miroslav Klosenin rekordunu təkrarlayıb.

Sfera.az bildirir ki, 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Əlcəzairə qarşı keçirilən görüşdə het-trik edən Messi komandasının 3:0 hesablı qələbəsində əsas pay sahibi olub.

Bununla da argentinalı ulduz mundialların final mərhələlərində vurduğu qolların sayını 16-ya çatdırıb. Messi altıncı dünya çempionatında iştirak edərkən bu göstəriciyə nail olub. Miroslav Klose isə 16 qolu dörd dünya çempionatında vurmuşdu.

Argentina yığması növbəti oyununu iyunun 22-də Avstriyaya qarşı keçirəcək. J qrupunda yer alan cənubi amerikalılar iyunun 28-də isə İordaniya ilə üz-üzə gələcəklər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR