Neft bir qədər də ucuzlaşdı - Son QİYMƏT

Kateqoriya məlum deyil
T
Dünya neft birjalarında kəskin qiymət azalmaları müşahidə olunur.
Sfera.az xəbər verir ki, ötən günü 83,17 dollarla başa vuran "Brent" markalı neftin qiyməti, bu gün 79,63 dollara qədər geriləyib.
Eyni dəqiqələrdə "WTI" (Batı Teksas) tipli xam neftin bir barrelinin qiyməti də azalaraq 76,96 dollar olub. Bununla da qara qızılın qiyməti cari ilin 4 mart tarixindən bəri ən aşağı səviyyəyə düşüb.
Ekspertlər birjalardakı bu kəskin enişi ABŞ və İran arasında əldə olunmuş son razılaşma ilə əlaqələndirirlər. ABŞ Prezidenti Donald Trampın G-7 sammiti çərçivəsində İranla əldə olunan ortaq məxrəcdən sonra Hürmüz boğazının tranzit keçidlər üçün ödənişsiz açılacağını bəyan etməsi bazarlara dərhal təsir edib.
Bəsti Rəfizadə
