Aİ Rusiyaya yeni sanksiya tətbiq etdi

Aİ Rusiyaya yeni sanksiya tətbiq etdi
Kateqoriya məlum deyil29 👁️
T

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı sanksiyalar paketini daha da genişləndirib.

Sfera.az xəbər verir ki, qəbul edilən yeni qərarla Rusiyanın "dost ölkələr" siyahısında yer alan dövlətlər də daxil olmaqla, ümumilikdə 80-dən çox fiziki şəxs və təşkilat "qara siyahı"ya salınıb.

Yeni sanksiya dalğası media sahəsini də vurub. Belə ki, Aİ Rusiyanın təbliğat maşınına qarşı mübarizə çərçivəsində "RT" (Russia Today) telekanalı ilə əməkdaşlıq edənlər başda olmaqla, bir sıra tanınmış jurnalist və bloqerin də adını sanksiya siyahısına əlavə edib.

Bununla da Brüssel Moskvaya qarşı iqtisadi və siyasi təzyiqləri artırmaqda qərarlı olduğunu bir daha nümayiş etdirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ