“Apple” 16 fərqli cihaza dəstəyi kəsir

“Apple” 16 fərqli cihaza dəstəyi kəsir
Kateqoriya məlum deyil24 👁️
T

Texnologiya nəhəngi "Apple", bu payızda təqdim edəcəyi yeni proqram təminatı yeniləmələri ilə dörd fərqli məhsul qrupundakı ümumilikdə 16 cihazına rəsmi dəstəyi tamamilə dayandırır.

Sfera.az xəbər verir ki, rəsmi açıqlamalara əsasən, xüsusilə "Apple Watch" və "iPad" sahiblərinə birbaşa təsir edəcək genişmiqyaslı məhdudiyyət dövrü başlayır.

Yeni “watchOS 27” yeniləməsi işləmək üçün minimum "S9" və ya "S10" çipi tələb etdiyindən, aralarında "Series 6", "Series 7" və ilk nəsil "Ultra" modelinin də olduğu 5 populyar saat siyahıdan çıxarılıb. Bu addım "Apple Watch" məhsul qrupunun tarixində ən böyük eynizamlı dəstək itkisi kimi qeydə alınacaq.

Yeni “macOS 27 Golden Gate” əməliyyat sisteminin gəlişi ilə "Apple" ekosistemində qalan son dörd "Intel" prosessorlu "Mac" kompüter modeli də artıq əsas yeniləmələri ala bilməyəcək.

“iPadOS 27” tərəfində isə yüksələn prosessor tələbləri səbəbindən beş fərqli köhnə "iPad" modelinin proqram təminatı ömrü rəsmən başa çatır. Açıqlanan siyahıya görə, “tvOS 27” yeniləməsi də köhnə nəsil iki fərqli "Apple TV" modelini dəstək siyahısından kənarda qoyub.

Sentyabr ayında rəsmi olaraq istifadəyə veriləcək yeni proqramları ala bilməyən bu cihazlar, bir müddət daha yalnız kritik təhlükəsizlik yeniləmələrini almağa davam edəcəklər.

Yeniləmə dəstəyi dayandırılacaq bütün cihazların siyahısı belədir:

“watchOS 27”

“Apple Watch Series 6” (2020)

“Apple Watch Series 7” (2021)

“Apple Watch Series 8” (2022)

“Apple Watch Ultra” (1-ci nəsil, 2022)

“Apple Watch SE” (2-ci nəsil, 2022)

“iPadOS 27”

“iPad Air” (3-cü nəsil, 2019)

“iPad Pro 12,9 düym” (3-cü nəsil, 2018)

“iPad Pro 11 düym” (1-ci nəsil, 2018)

“iPad” (8-ci nəsil, 2020)

“iPad mini” (5-ci nəsil, 2019)

“macOS 27 Golden Gate”

“MacBook Pro” (16 düym, 2019)

“MacBook Pro” (13 düym, 2020, dörd Thunderbolt 3 portu ilə)

“iMac” (2020)

“Mac Pro” (2019)

“tvOS 27”

“Apple TV HD” (2015)

“Apple TV 4K” (1-ci nəsil, 2017)

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ