O, “Beşiktaş” transferində çıxılmaz vəziyyətə düşdü

O, “Beşiktaş” transferində çıxılmaz vəziyyətə düşdü
Kateqoriya məlum deyil
T

Beşiktaşın transfer siyahısında ilk sıralarda yer alan "Yuventus"un serbiyalı hücumçusu Duşan Vlahoviçin transferi maliyyə şərtləri və İtaliya klubundan gələn son xəbərlər səbəbindən çətinə düşüb.


Sfera.az xəbər verir ki, "qara qartallar"ın heyətinə qatmaq istədiyi 26 yaşlı qolçunun tələbləri rəhbərliyin planlarını alt-üst edib. Məlumata görə, müqaviləsi başa çatan serbiyalı ulduz Beşiktaşdan illik 8 milyon avro maaş və 15 milyon avro imza pulu tələb edib. Bu rəqəmlər transfer danışıqlarını faktiki olaraq çıxmaza salıb. Digər tərəfdən, İtaliya mətbuatından "ağ-qaralar"a növbəti bəd xəbər gəlib. "La Gazzetta dello Sport"un yaydığı məlumata görə, "Yuventus"da yaşanan daxili yenidənqurma klubun transfer strategiyasına təsir edib.


Vlahoviçin komandada qalmasını istədiyi və rəhbərliyin futbolçunun statusunu yenidən gözdən keçirəcəyi bildirilib. Cari mövsümdə "Yuventus" forması ilə 23 matça çıxan 26 yaşlı forvet, bu oyunlarda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun hazırkı bazar dəyəri 35 milyon avro civarında qiymətləndirilib.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ