“Sülhə çox az qalıb” - Şahbaz Şərif

“Sülhə çox az qalıb” - Şahbaz Şərif
Kateqoriya məlum deyil
T

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında gərginliyin azaldılması üçün aparılan danışıqlarla bağlı açıqlama verib.

O bildirib ki, İslamabad hər iki tərəflə əlaqələri davam etdirir və razılaşmanın əldə olunması çox yaxındır.

Sfera.az xəbər verir ki, Şərif sosial media hesabında paylaşım edərək Pakistanın vasitəçilik səylərinin davam etdiyini qeyd edib. O, sülh prosesini pozmağa yönəlmiş dezinformasiya kampaniyalarına qarşı xəbərdarlıq edib. “Pakistanın intensiv vasitəçilik fəaliyyəti davam edərkən, sülh razılaşmasını pozmaq istəyənlərin apardığı fasiləsiz dezinformasiya kampaniyasından tam xəbərdarıq.

Səs-küyü kənara qoysaq, yekun və razılaşdırılmış sülh mətninə çatıldığını təsdiqləyə bilərik”,deyə Şərif bildirib. Pakistan lideri əlavə edib ki, ölkəsi növbəti addımların tamamlanması üçün həm ABŞ, həm də İran tərəfi ilə sıx əməkdaşlıq edir. “Sülh əvvəllər heç vaxt bu qədər yaxın olmayıb”, - Şahbaz Şərif vurğulayıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ