Baş nazir olmaq üçün prezidentlikdən istefa verəcək

Kateqoriya məlum deyil
T
Serbiya Prezidenti Aleksandar Vuçiç dövlət başçısı vəzifəsindən istefa vermək və baş nazir postuna namizəd olmaq ehtimalını istisna etmədiyini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə Aleksandar Vuçiç yerli mediaya açıqlamasında danışıb.
Onun sözlərinə görə, o, prezident postunu hətta yaxın üç-dörd ay ərzində belə tərk edə bilər. Vuçiç həmçinin baş nazir vəzifəsinə namizəd olmaq barədə “hər gün düşündüyünü” deyib.
Xatırladaq ki, A.Vuçiç 2017-ci ildə ilk dəfə Serbiya prezidenti seçilib və 2022-ci ildə ikinci dəfə bu vəzifəyə yenidən seçilib. Onun prezidentlik səlahiyyət müddəti 2027-ci ildə başa çatır.
İnci
Sfera.az
