CHP sədri istefa etdi

CHP sədri istefa etdi
Kateqoriya məlum deyil
T

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) gərginlik pik həddə çatıb. Son məlumatlara görə, partiya sədri Özgür Özel və ona yaxın komandanın Partiya Məclisindən istefa vermək qərarı aldığı iddia edilib.

 

Sfera.az xəbər verir ki, Özgür Özələ yaxın olan 9 nəfər partiya üzvlüklərinin dayandırılması məqsədilə dünən CHP-nin Yüksək İntizam Şurasına göndərilib. Bu gün isə CHP-nin Partiya Məclisinin iclası keçiriləcək. Məlumata görə, “mütləq etibarsızlıq” (mutlak butlan) qərarı əsasında vəzifələrinə qaytarılan Partiya Məclisinin 57 üzvündən 28-i istefa ərizəsi təqdim edib. Bu addım partiya daxilindəki qarşıdurmanın daha da dərinləşdiyini göstərir. Xatırladaq ki, CHP-də böhran “mutlak butlan” qərarından sonra başlayıb.

 

Gərginlik ötən həftə keçirilən qrup iclasında yaşanan kürsü qalmaqalı ilə pik həddə çatıb. CHP-nin sabiq sədri Kemal Kılıçdaroğlu Baş Qərargahda keçirilən toplantıda Özgür Özel və onun tərəfdarlarını sərt şəkildə tənqid edib, hətta partiyadan xaric edilmələri ilə bağlı mesajlar verib. Bu gün keçiriləcək Partiya Məclisinin iclasında növbədənkənar qurultayın tarixinin müəyyənləşdirilib-müəyyənləşdirilməyəcəyi əsas müzakirə mövzularından biri olacaq.

 

Eyni zamanda, Özgür Özel və Kemal Kılıçdaroğlunu dəstəkləyən qrupların ilk dəfə eyni masada bir araya gəlməsi diqqət çəkir. CHP-də yaşanan proseslərin Türkiyə siyasətinə necə təsir göstərəcəyi isə maraqla izlənilir.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ