Hörmüz boğazı ətrafındakı böhran nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Hörmüz boğazı ətrafındakı böhran nə vaxtadək davam edəcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Türkiyənin energetika naziri Alparslan Bayraktar Hörmüz boğazı ətrafında yaranmış gərginliyin uzunmüddətli xarakter ala biləcəyini bildirib və ölkələrin belə bir ssenariyə hazır olmasının vacibliyini vurğulayıb.

 

Onun sözlərinə görə, regionda baş verən hərbi-siyasi risklər qlobal enerji bazarına birbaşa təsir göstərir və bu təsirin yaxın dövrdə zəifləyəcəyi gözlənilmir.

 

Bəs həqiqətən, Hörmüz boğazı ətrafındakı böhran uzanacaqmı? Belə bir ssenaridə enerji daşıyıcılarının qiymətində artım inflyasiyanı daha da sürətləndirə bilərmi?

 

Politoloq Zaur Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, Türkiyə Yaxın Şərqdə və dünyada çox vacib dövlətdir. Onun sözlərinə görə, Yaxın Şərqdəki, islam dünyasındakı sabitlik, islam dünyasının toxunulmazlığı və inkişafı Türkiyə dövlətinin sayəsində bu və ya digər şəkildə həyata keçirilir:

 

 

“Elə ABŞ İsrail və İran arasındakı müharibə də bir daha sübut etdi ki, Türkiyənin mövqeyi çox vacibdir. Bu mövqe elə həmin proseslərin aqibətində də özünü göstərir. Türkiyənin Energetika naziri Alparslan Bayraktarın bununla bağlı fikirlərinə gəldikdə, Hörmüz boğazı əlbəttə ki, çox vacib boğazdır. Dünyanın 20 faiz enerjisi burdan keçir. O cümlədən neftin qiymətinin qalxması dollara və digər milli valyutalara, ölkələrin xarici ticarətinə təsir edir. Əgər vəziyyət belə davam edərsə, biz həm infilyasiyanı, həm ticarətdəki çətinlikləri dünyanın ayrı-ayrı ölkələrində görəcəyik. Bir çox ölkələrə yüksək zərər deyəcək. Hələlik bu ölkələrin əlində alternativ variantlar və bundan istifadə edirlər. Bu resurslar tükəndikdən sonra, həmin ölkələr ciddi çətinliklərlə qarşılaşa bilərlər”.

 

Politoloq qeyd edib ki, Hörmüz boğazı ətrafında cərəyan edən hadisələr sıradan hadisələr deyil:

 

“Bu o demək deyil ki, Hörmüz boğazı bu gün bağlıdırsa, 3 ay sonra da bağlı olacaq. Böyük ölkələrin bu məsələyə reaksiyasının olamaması da onu göstərir ki, hər kəs çox yaxşı bilirki proseslər hansı istiqamətdə gedir. Bu qlobal proseslər qarşısı alınmazdır. Hər bir məsələ də olduğu kimi, neft,dollar, maliyyə və enerji resurslarının ixracı kimi mövzular həllini tapıb. Bizim gördüklərimiz isə, həllini tapan məsələlərin ictimaiyyət qarşısında görüntüləridir ki, az sonra biz daha yeni hadisələrə şahidlik edəcəyik”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ