Logo

Paşinyan və Makron İrəvanda duet ifa etdi - FOTO

Paşinyan və Makron İrəvanda duet ifa etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyinin (ASP) 8-ci Zirvə Toplantısından sonra qeyri-adi hadisə yaşanıb.

Sfera.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyanın baraban müşayiəti ilə mahnı ifa edib.

Belə ki, sammitin sonunda Makron və Paşinyan birlikdə musiqi performansı nümayiş etdiriblər. Paşinyan baraban çalaraq Makronun “La Boheme” mahnısını ifa etməsinə dəstək olub. Bu anlar jurnalistlərin diqqətini çəkib və sammit iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “La Boheme” Jacomo Puççininin məşhur operasından ilhamlanıb və Parisdə yoxsul gənc sənətçilərin həyat, sevgi və uğur uğrunda mübarizəsini əks etdirib. Makronun bu seçimi həm musiqi zövqünü, həm də sammitdə qeyri-adi an yaratmaq niyyətini göstərib.

Mənsumə

Sfera.az

Paşinyan və Makron İrəvanda duet ifa etdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR