İranın vitse-prezidenti: İran uranın zənginləşdirilməsini məhdudlaşdırmayacaq

Kateqoriya məlum deyil
T
ABŞ və İsrail heç vaxt Tehranın uran zənginləşdirməsi prosesini dayandıra bilməyəcək.
Sfera.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri və vitse-prezident Məhəmməd İslami bildirib. İSNA xəbər agentliyi onun sözlərini sitat gətirib:
"İranın zənginləşdirmə proqramını məhdudlaşdırmağı hədəfləyən düşmənlərin iddiaları və tələbləri onlarla birlikdə məzara gedəcək xəyallardan başqa bir şey deyil" .
İslami hesab edir ki, İsrail və ABŞ-nin İrana qarşı əməliyyatları heç bir nəticə verməyib və indi onlar danışıqlar zamanı Tehrandan güzəştlər istəyirlər.
Firuzə Əliyeva
Sfera.az
