Finlandiya yenidən dünyanın ən xoşbəxt ölkəsi seçildi

Finlandiya ardıcıl doqquzuncu ildir ki, Dünya Xoşbəxtlik Hesabatı siyahısında birinci yeri tutur. Bu Skandinaviya ölkəsi yüksək sosial dəstəyi, qurumlara etibarı və yüksək keyfiyyətli səhiyyə xidməti sayəsində rəqiblərini daim üstələyir.
Sfera.az bildirir ki, Finlandiya 7.76 xal toplayaraq ardıcıl 9-cu ildir ki, ilk yerini qoruyub saxlayır. İslandiya (7.54) və Danimarka (7.53) ilk üçlüyü tamamlayıb.
Tədqiqatçılar hər il 147 ölkənin ən azı min sakini arasında sorğu keçirərək onlardan həyatlarını 0-dan 10-a qədər şkala üzrə qiymətləndirmələrini istəyirlər. “CNBC Make It”ə görə, bu genişmiqyaslı sorğunun nəticələri xoşbəxtlik indeksinin əsasını təşkil edir.
2026-cı ildə ən xoşbəxt ölkə ilk onluğu belədir:
Finlandiya – 7.76;
İslandiya – 7.54;
Danimarka – 7.53;
Kosta Rika – 7.43;
İsveç – 7.25;
Norveç – 7.24;
Niderland – 7.22;
İsrail – 7.18;
Lüksemburq – 7.06;
İsveçrə – 7.01.
Maraqlıdır ki, ABŞ bu dəfə 6.81 balla yalnız 23-cü yeri tutub.
Finlandiyada doğulmaq - cekpotu qazanmaq deməkdir. Niyə yarım il qışı olan ölkə dünyanın ən xoşbəxtidir?
Tədqiqatçılar xoşbəxtliyə təsir edən altı əsas amil: adambaşına düşən ÜDM, sosial dəstək, ömür uzunluğu, qərar qəbul etmək azadlığı, səxavət və hökumətə etibarı müəyyən edirlər.
Oksford Universitetinin Rifah Araşdırmaları Mərkəzinin direktoru Yan-Emmanuel De Neve Finlandiyanın liderliyini çox sadə şəkildə izah edir: ölkə sərvəti bərabər şəkildə bölüşdürür, yaxşı inkişaf etmiş sosial təminat və səhiyyə sisteminə malikdir və vətəndaşları bir-birinə və dövlət qurumlarına etibar edirlər.
Praktikada bu o deməkdir ki, hər iki valideyn beş aydan çox ödənişli analıq məzuniyyəti almaq hüququna malikdir, dövlət mənzil dəstəyi verir və səhiyyə xidməti pulsuz və hər kəs üçün əlçatandır.
Başqa bir amil
Sosial təminatdan başqa, daha az nəzərə çarpan bir şey də var. De Neve hesab edir ki, finləri Skandinaviya qonşularından fərqləndirən şey onların təbiətlə və əlbəttə ki, əsasən açıq havada sauna kultu ilə xüsusilə yaxın əlaqələridir.
Həmçinin statistik bir nüansı da nəzərə almağa dəyər: Finlandiya cəmiyyəti olduqca yetkindir - Finlandiya sakininin orta yaşı təxminən 43-dür. Araşdırmalar göstərir ki, yaşlı insanlar ümumiyyətlə həyatlarını daha yüksək qiymətləndirirlər. Onlar ailələri ilə daha sıx bağlıdırlar, smartfonlardan daha az asılıdırlar və daha sağlam qidalanırlar - bunu qeyri-kommersiya təşkilatı “Sapien Labs”ın qlobal ruhi sağlamlıq üzrə son hesabatındakı məlumatlar da təsdiqləyir.
Aynil
Sfera.az
