ABŞ-İran danışıqları gündəmdə: Türkiyə vasitəçi ola bilər

ABŞ-İran danışıqları gündəmdə: Türkiyə vasitəçi ola bilər
Kateqoriya məlum deyil
T

ABŞ və İran arasında mümkün dolayı danışıqların Tehrana çatdırılması təklifinin Türkiyə və digər ölkələrin vasitəçiliyi ilə həyata keçirilə biləcəyi bildirilir.

 

Sfera.az xəbər verir ki, bu barədə “Al-Monitor” xəbər portalı məlumat yayıb.

 

Təklif Türkiyə vasitəçiləri ilə İran rəhbərliyinə çatdırılıb və dialoq baş tutarsa, Türkiyə nümayəndələrinin də iştirak edəcəyi gözlənilir. ABŞ-ni danışıqlarda Vitse-prezident J.D. Vans, İranı isə parlament sədri Məhəmməd Bağır Qalibaf təmsil edə bilər.


Daha əvvəl İsrail mediası ABŞ və İran rəsmilərinin görüşünün İslamabadda keçirilə biləcəyini iddia etmişdi. ABŞ Prezidenti Donald Trump isə “Truth Social” platformasında tərəflər arasında konstruktiv təmasların olduğunu bildirib və mümkün zərbələrin təxirə salındığını açıqlayıb. Bununla belə, “Tasnim” agentliyi Tehranın Vaşinqtonla danışıqlar aparmadığını qeyd edir və ABŞ-nin addımlarını İranın artan hərbi təhdidləri ilə əlaqələndirir.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ