İranın Nətənz nüvə obyektinə zərbələr endirildi

Kateqoriya məlum deyil
T
İranın Nətənz nüvə obyektinə ABŞ və İsrail qüvvələri tərəfindən zərbə endirildiyi bildirilib.
Sfera.az xəbər verir ki, məlumatı İranın “Tasnim” xəbər agentliyi yayıb. Agentliyin verdiyi xəbərə görə, hücum 21 mart səhəri baş verib. İslam Respublikasının Nüvə Enerjisi Təşkilatı ölçmələr aparıb və radiasiya çirklənməsinin aşkarlanmadığını bildirib. Həmçinin ətraf ərazilərdə sakinlərin həyatı və sağlamlığı üçün heç bir təhlükənin olmadığı vurğulanıb.
Niyaz Hacıyev
Sfera.az
