Bu ölkədə borcu olanlara ölkədən çıxış qadağası qoyuldu

Bu ölkədə borcu olanlara ölkədən çıxış qadağası qoyuldu
Kateqoriya məlum deyil
T

Rusiyada xarici ölkələrə səfər etmək istəyən borclulara qarşı tətbiq olunan çıxış qadağaları tarixi maksimum səviyyəyə yüksəlib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, 2026-cı il yanvarın 1-in də tətbiq olunan məhdudiyyətə görə, sərhəd xidmətinin bazasında 8,9 milyon aktiv səyahət məhdudiyyəti qərarı qeydə alınıb. Bu göstərici ötən illə müqayisədə 41,5 faiz artım deməkdir. “RBC” radiosunun məlumatına görə, yeni qadağa qərarlarının sayı azalsa da, qanunvericilikdə edilən dəyişikliklər ümumi məhdudiyyətlərin rekord həddə çatmasına səbəb olub. Bildirilir ki, bu artım 2023-cü ildə qəbul edilən dəyişikliklərlə bağlıdır. Əvvəllər yalnız 6 ay qüvvədə olan ölkədən çıxış qadağaları artıq borc tam ödənilənə və ya icra işi bağlanana qədər müddətsiz şəkildə qüvvədə qalır. Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatı da bunu təsdiqləyir.

 

Belə ki, 2025-ci ildə 9,2 milyon yeni səyahət qadağası tətbiq olunacağı gözlənilir ki, bu da əvvəlki illə müqayisədə 20 faiz azalma deməkdir. Buna baxmayaraq, aktiv məhdudiyyətlərin sayı 6,3 milyondan 8,9 milyona yüksəlib. Qeyd olunur ki, 8,9 milyon qərar eyni sayda şəxsin ölkədən çıxışına qadağa qoyulması anlamına gəlmir. Çünki bir şəxsin bir neçə borc işi varsa, hər biri üzrə ayrıca qadağa qərarı çıxarıla bilər. Bu da ümumi statistikanın real insan sayından daha yüksək görünməsinə səbəb olur. Hazırkı qanunvericiliyə əsasən, müəyyən borc həddini aşan şəxslərin Rusiyanı tərk etməsi məhdudlaşdırıla bilər. Aliment, mənəvi təzminat və ya sağlamlığa zərər kimi öhdəliklər üzrə 10 min rubldan çox, digər borc növləri üzrə isə 30 min rubldan artıq borcu olan şəxslər üçün ölkədən çıxış qadağası tətbiq edilə bilər.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ