Əraqçi:"Təkcə atəşkəs yetməyəcək"

İranın xarici işlər naziri Abbas Əraqçi Yaponiyanın “Kyodo News” agentliyinə müsahibəsində bildirib ki, ABŞ və İsraillə müharibənin başa çatması üçün təkcə atəşkəs yetərli deyil.
Sfera.az-ın məlumatlna görə, nazir qeyd edib ki, Tehran bu müharibəni öz seçimi kimi görmür:
“Bizim mesajımız ondan ibarətdir ki, bu müharibə bizim müharibəmiz deyil. Bu, bizə məcbur edilmiş bir müharibədir. Biz ABŞ ilə danışıqlar aparırdıq ki, onlar bizə hücum etmək qərarı verdilər. Bu, açıq-aşkar təcavüz aktı idi, qanunsuz, əsassız və səbəbsiz hücum”, – deyə o vurğulayıb.
Əraqçi əlavə edib ki, İranın addımları yalnız özünümüdafiə xarakteri daşıyır: “Biz etdiklərimizi sırf özünümüdafiə məqsədilə edirik və zəruri olduğu qədər, lazım olduğu müddətcə özümüzü müdafiə etməyə davam edəcəyik”. Nazir, həmçinin, rəsmi Tehranın mövqeyini bir daha təkrarlayaraq bildirib ki, İran sadəcə atəşkəsi qəbul etmir: “Biz ötənilki ssenarinin təkrarlanmasını istəmirik. Müharibə tam və daimi şəkildə dayandırılmalı, eyni vəziyyətin yenidən baş verməyəcəyinə dair zəmanətlər verilməlidir”.
Niyaz Hacıyev
Sfera.az
