"ABŞ və İsrailin hesablamaları səhv idi" - Xamenei

ABŞ və İsrail İranın dövlət sisteminin hücumlardan bir-iki gün sonra çökəcəyini düşünməkdə yanılıb.
Sfera.az xəbər verir ki, bunu İran İslam Respublikasının Ali Lideri Ayətullah Müctəba Xamenei Novruz bayramı münasibətilə etdiyi çıxışda bildirib.
Xameneinin mətbuat xidmətinin yaydığı məlumata görə, o qeyd edib ki, hücumlar nəticəsində ölkənin tanınmış hərbi rəhbərləri və alimləri də daxil olmaqla, təxminən 1000 nəfər həyatını itirib.
“Düşmən hesablamada ciddi səhvə yol verərək məhz bu şəxslərin itirilməsinin İslam nizamını bir-iki gün ərzində çökdürəcəyinə inanırdı. Lakin xalqın sayıqlığı, İslam döyüşçülərinin misilsiz cəsarəti və verilən itkilərə baxmayaraq, qısa müddətdə qarşı tərəfdə çarəsizlik və ümidsizlik əlamətləri müşahidə olunmağa başladı”, – deyə o vurğulayıb.
Niyaz Hacıyev
Sfera.az
