Pezeşkian dünyaya səsləndi: “Bu alov bir çoxlarını yandıracaq”

Pezeşkian dünyaya səsləndi: "Bu alov bir çoxlarını yandıracaq"
Kateqoriya məlum deyil
T

ABŞ-İsrail-İran müharibəsinin 21-ci günündə Yaxın Şərqdə gərginlik pik həddə çatıb. Qarşılıqlı raket və PUA hücumları fasiləsiz davam edərkən, rəsmi Tehran münaqişədə “böyük dönüş nöqtəsi”nin baş verdiyini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian sosial şəbəkə üzərindən yaydığı bəyanatda beynəlxalq ictimaiyyətə sərt xəbərdarlıq edib. O bildirib ki, İsrailin siyasəti “dövlət terrorizminə” əsaslanır.

 

Pezeşkian vurğulayıb ki, ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumlar və ölkənin ali lideri Əli Xameneiyə qarşı yönəlmiş addımlar beynəlxalq hüquq sistemini sarsıda biləcək təhlükəli prosesin başlanğıcıdır.

 

“Əgər dünya bu böhrana qarşı qəti mövqe nümayiş etdirməsə, bu alovun təsiri bir çox ölkəni də bürüyəcək”, - deyə o qeyd edib.
Regionda vəziyyət gərgin olaraq qalmaqda davam edir.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ