Paşinyan rəqibinə: "Pulları ilə güclüdür"

Paşinyan rəqibinə: "Pulları ilə güclüdür"
Kateqoriya məlum deyil
T

Ermənistanın Baş naziri Nikol Paşinyan iş adamı və xeyriyyəçi, siyasətçi və Ermənistan Respublikasının baş naziri vəzifəsinə namizəd Samvel Karapetyanı məcazi mənada mübarizəyə çağırıb.

 

Sfera.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə bu gün keçirilən brifinqdə danışıb.

 

 "Canlı efirdə 30 dəfə dartınma hərəkəti etməyə" çağırış edib. "Bunu bacarmıram, amma 100 km velosiped sürə bilərəm. Başqa nədə güclüdürlər? Zəka? Qoy bunu canlı göstərsinlər. Əminəm ki, hər iki oliqarx (ehtimal ki, Samvel və qardaşı oğlu Narek Karapetyandan bəhs edir) təhlildə zəifdirlər və lüğətləri məhduddur. Bunu sübut etmək asandır. Onlar pulları ilə güclüdürlər, amma bunu korrupsioner atalarının sayəsində qazanıblar və biznesdə zəifdirlər. Və layiq olduqları bir mövqeyə düşməkdən qorxurlar. Onların pullarının əksəriyyəti heç də özlərinə deyil, xarici korrupsioner sistemlərə məxsusdur və onlar sadəcə zəif menecerlərdir", - deyə Paşinyan bildirib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ