Türkiyəyə qaz ixracı təmin edən boru kəmərlərinə hücumlar artıb

Türkiyəyə qaz ixracı təmin edən boru kəmərlərinə hücumlar artıb
Kateqoriya məlum deyil
T

"Qazprom" şirkəti Türkiyəyə "Türk Axını" və "Mavi Axın" boru kəmərləri ilə qaz ixracını təmin edən obyektlərinə qarşı eskalasiyanın artdığını və yeni hücumların dəf edildiyini bildirib.

 

Sfera.az bu barədə "TASS"a istinadən xəbr verir. "17-19 mart tarixlərində Qazpromun ixrac infrastruktur obyektləri olan "Türk Axını" və "Mavi Axın" boru kəmərləri vasitəsilə qaz ixracını təmin edən çox vacib infrastruktura hücumlar artıb", - şirkət bildirib. Hücumlar Rusiya Müdafiə Nazirliyinin və mobil cavab qruplarının birgə səyləri nəticəsində dəf edilib və obyektlərə heç bir ziyan dəyməyib.

 

Xüsusilə, Russkaya kompressor stansiyasına 22 pilotsuz uçuş aparatı (PUA), Kazachya kompressor stansiyasına üç və Bereqovaya kompressor stansiyasına bir zərbə endirmək cəhdləri qeydə alınıb. Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Federal Təhlükəsizlik Xidmətinin (FSB) idarə heyətinin iclasında çıxış edərək bildirib ki, Qara dənizin dibi boyunca uzanan "Türk Axını" və "Mavi Axın" boru kəmərlərində sabotaj cəhdləri ola bilər. Bundan sonra "Qazprom" öz infrastrukturuna bir sıra hücumlar qeydə alıb. Qedy edək ki, Rusiya Türkiyəyə Qara dəniz üzərindən iki boru kəməri ilə qaz tədarük edir. "Mavi Axın" 2003-cü ilin əvvəlində istifadəyə verilib, layihə gücü ildə 16 milyard kubmetr, ümumi uzunluğu isə 1213 km təşkil edir.

 

"Türk Axını" ixrac qaz kəməri iki xətdən ibarətdir: biri Türkiyə istehlakçılarına qaz tədarükü, digəri isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. "Türk Axını"nın ümumi tutumu 31,5 milyard kubmetrdir və 2020-ci ilin yanvar ayında istifadəyə verilib. Hazırda, Ukrayna üzərindən tranzit dayandırıldıqdan sonra Türk Axını Rusiya qazının Avropaya tədarükü üçün yeganə aktiv marşrut olaraq qalır. Türk Axının başlanğıc nöqtəsi Anapa yaxınlığında tikilmiş Russkaya kompressor stansiyasıdır.

 

Firuzə Əliyeva

Sfera.az

 
PAYLAŞ