Günəşin əsl rəngi nədir? – Yanlış bildiyimiz məlumat

Günəşin rəngi ilə bağlı fikir bildirəndə çoxumuz onun sarı və ya ağ rəngdə olduğunu düşünürük. Lakin "SpaceX"in qurucusu İlon Mask bildirib ki, Günəşin əsl rəngi yaşıldır.
Sfera.az NASA-nın məlumatına istinadən xəbər verir ki, Günəşin yaydığı işıq göy qurşağında gördüyümüz rənglərdən daha çeşidlidir.
Rənglər çox olsa da Günəş spektrin mavi və yaşıl hissələrində daha çox işıq yayır.
Bizim yaşıl rəngi görməməyimiz atmosferlə bağlıdır. Yer kürəsində atmosferin rolu bu mənzərənin dəyişməsinə səbəb olur. Atmosferin təsiri ilə işıq səpələnir. İşıqda səpələnmə mavi və bənövşəyi rənglərdə daha çox olduğundan gözlərimiz əsasən sarı rəngi görür.
Kosmosda Günəşin işığı bizə ağ kimi görünür. Lakin atmosferin təsiri ilə Yer üzündə bu işıq sarıya çevrilir. NASA-nın açıqlamasına görə, Günəş həm sarı, həm də yaşıl dalğa uzunluqlarında işıq yaydığı üçün o, əslində həm sarı, həm yaşıl, hətta ağ kimi qavranıla bilər. Yəni Günəşin rəngi birbaşa bizim perspektivimizə və atmosferin təsirinə bağlı olaraq dəyişir.
Beləliklə, "Günəşin əsl rəngi nədir" sualına cavab verən zaman sarı, yaşıl və ağ rənglərin hamısının elmi əsası var. Bu rənglər bizim baxış bucağımız və atmosferin işığı necə yönləndirdiyi ilə əlaqəli olaraq dəyişir.
Mənsumə
Sfera.az
