İran İsrail casusunu edam etdi

İran İsrail casusunu edam etdi
Kateqoriya məlum deyil
T

İran hakimiyyəti İsrailə casusluq etməkdə təqsirli bilinən şəxsi edam edib.


Sfera.az xəbər verir ki, bu barədə yerli məhkəmə məlumat yayıb.


Bildirilib ki, bu, İsrail və ABŞ ilə münaqişə başlayandan bəri elan edilən ilk belə edamdır.


"Mossad zabitlərinə ölkənin həssas yerləri haqqında görüntülər və məlumatlar verən sionist rejimin casusu haqqında edam hökmü bu səhər icra edilib", — deyə məhkəmə sisteminin "Mizan Online" veb-saytında bildirilir.


"Mizan" həmin şəxsi Kuruş Keyvani kimi təqdim edib və onun ötən ilin iyun ayında İranın İsraillə 12 günlük müharibəsi zamanı həbs olunduğunu qeyd edib. Məlumata görə, onun İsrailin Mossad kəşfiyyat agentliyi ilə görüşlərinin təfərrüatları sadalanıb və casusun altı Avropa ölkəsində, həmçinin Təl-Əvivdə təlim keçdiyi iddia olunub.

 

Firuzə Əliyeva
Sfera.az 

 

PAYLAŞ