Xameneinin məzarının görüntüləri yayıldı - FOTO

Xameneinin məzarının görüntüləri yayıldı - FOTO
Kateqoriya məlum deyil
T

İranın keçmiş dini lideri Ayətullah Əli Xamenei 28 fevral tarixində ABŞ və İsrailin birgə həyata keçirdiyi hücumlar nəticəsində həlak olub. Hücumda Xamenei ilə yanaşı onun qızı, kürəkəni və nəvələri də həyatını itirib.


Sfera.az xəbər verir ki, İranın rəsmi mediası Xameneinin “şəhidliyinin zalımlara qarşı üsyanın başlanğıcı olacağı”nı bildirərək ölkədə 40 günlük milli matəm elan edildiyini açıqlayıb.

 

Bu hücum İrana qarşı beynəlxalq münaqişənin daha da dərinləşməsinə səbəb olub.


İran rəsmilərinin verdiyi məlumata görə, ABŞ-İsrail hücumlarında 1348 nəfər həyatını itirib, 17 mindən çox insan isə müxtəlif dərəcəli yaralanmalar alıb. Hücumlar nəticəsində həmçinin, çoxsaylı yüksək vəzifəli məmurların həyatını itirməsi ölkədə siyasi və sosial gərginliyi artırıb.


Hücumların ardından Ayətullah Əli Xameneinin dəfn yeri üçün xüsusi hazırlıq görülüb və ali dini lider çox az adamın bildiyi yerdə dəfn olunub. Artıq onun qəbirüstünün hazır olduğu da bildirilir. Bununla bağlı görüntülər də yayılıb. Xarici medianın məlumatına görə, məzarla bağlı görüntülər geniş müzakirələrə səbəb olub. Foto həmçinin, Xameneinin həyatı və fəaliyyətləri ilə bağlı yeni diskussiyaların yaranmasına yol açıb.


Mənsumə 
Sfera.az

 

PAYLAŞ