“Müharibəni siz başlatdınız, biz sonlandıracağıq” - İran rəsmisi

İran hərbi rəsmiləri ABŞ və İsrail ilə davam edən gərginliklə bağlı ritorikalarını sərtləşdirərək müharibənin necə sona çatacağına yalnız özlərinin qərar verəcəyini bəyan ediblər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İranın hərbi sözçüsü İbrahim Zülfəqari ABŞ Prezidenti Donald Trampa müraciət edərək müharibənin sonunun sosial media üzərindən deyil, döyüş meydanında müəyyən ediləcəyini vurğulayıb:
“Müharibəni siz başlatdınız, amma onun nə qədər davam edəcəyinə və necə bitəcəyinə biz qərar verəcəyik. Biz ona son qoyacağıq”, – deyə o, bildirib.
İranın hərbi rəsmisi ölkəsinin özünümüdafiə hüququnu və suverenliyini qorumaq əzmini önə çəkərək xüsusilə regiondakı ABŞ hərbi bazalarından gələn hər hansı bir təhdidə qarşı sərt addımlar atacaqlarını qeyd edib. Zülfəqari ABŞ və İsrailin regionda münaqişəni alovlandırmaqla təxribatlar törətməyə çalışdığına diqqət çəkərək bu cür addımların cavabsız qalmayacağını açıqlayıb.
İran rəsmiləri ABŞ və İsrail ilə davam edən gərginlik fonunda qonşu ölkələrlə heç bir müharibə vəziyyətində olmadıqlarını, yalnız öz ərazilərini hədəf almağa çalışan ABŞ hərbi bazalarını hədəf aldıqlarını bir daha bəyan ediblər.
Mənsumə
Sfera.az
