İranın yeni lideri niyə gizlənir? - AÇIQLAMA

İranın yeni lideri niyə gizlənir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İsrail Xarici İşlər Nazirliyi İranın ali rəhbəri Əli Xamenei ilə bağlı sosial mediada paylaşım edib.

 

Qurum onun ali rəhbər təyin edilməsindən sonra hələ də ictimaiyyət qarşısında görünmədiyini bildirib. Paylaşımda qeyd olunub: “Qaça bilərsən. Gizlənə bilərsən. Amma kartondan olan rejimlər tez qatlanır”.

 

Məlumata görə, keçmiş ali rəhbər Əli Xameneinin oğlu Müctəba yeni lider kimi təqdim edilməsindən üç gün keçməsinə baxmayaraq, indiyədək onun nə yeni fotosu, nə rəsmi bəyanatı, nə də ictimai çıxışı yayımlanıb.

 

Ali rəhbər Əli Müctəba haqqında səsləndirilən bu fikirlər nə dərəcədə əsaslı hesab oluna bilər?

 

Sfera.az-a bu barədə açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, İranın yeni ali lideri Əli Müctəba Xameneyi artıq bir neçə gündür İranın ali dini rəhbəri elan olunub:

 

 

“Lakin o, hələlik ictimaiyyət qarşısında görünməyib və məhz bu səbəbdən onunla bağlı müxtəlif spekulyasiyalar səslənir. Həm İsrail tərəfdə, həm də İranın özündə səslənən bəzi fikirlər belə bir ehtimalı gündəmə gətirir ki, İsrail və ABŞ-nin İrana hücumlarının ilk günlərində Müctəba Xamenei yaralanmış ola bilər. Bu ehtimalın irəli sürülməsinə səbəb olan məqamlardan biri İran sosial şəbəkələrində paylaşılan bəzi məlumatlardır. Belə paylaşımlardan birində o, “savaş qazisi” kimi təqdim edilib. “Savaş qazisi” ifadəsi isə onun müharibə zamanı hansısa xəsarət almış ola biləcəyi barədə ehtimalları artırır. Bu baxımdan onun məhz həmin döyüşlər zamanı yaralandığı və buna görə də hələlik ictimaiyyət qarşısına çıxmadığı, rəsmi müraciət etmədiyi ilə bağlı fikirlər irəli sürülür”.

 

Politoloq əlavə edib ki, digər tərəfdən, İsrail tərəfi hələ İranın yeni dini lideri seçilməzdən əvvəl bəyan etmişdi ki, Xameneyinin yerinə kim gəlirsə gəlsin, İsrail üçün qanuni hədəf sayılacaq və ona qarşı zərbələr endirilə bilər:

 

“Görünən odur ki, İsrail bu mövqeyində israrlı olaraq qalır. Bütün bunları nəzərə alaraq demək olar ki, hazırda Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan məlumatların hansının doğru, hansının isə əsassız olduğunu dəqiq söyləmək çətindir. Bu səbəbdən səslənən fikirlər daha çox ehtimallar üzərində qurulur”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ