Ermənistan Avropadan böyük yardım alacaq - MƏBLƏĞ

Ermənistan Avropa Komissiyasından 90 milyon avro büdcə dəstəyi və 53 milyon avro texniki yardım alacaq.
Sfera.az xəbər verir ki, Ermənistan hökuməti Nazirlər Kabinetinin iclasında Avropa Komissiyası ilə "Çoxsektorlu Büdcə Dəstəyi Sazişi"nin maliyyələşdirilməsini təsdiqləyib.
Müvafiq qərarın izahında qeyd olunur ki, Avropa Komissiyası 2025-ci ilin iyulunda "Davamlılıq və Böyümə Planı" çərçivəsində Ermənistana 2025-2027-ci maliyyə illəri üçün 143 milyon avro dəyərində çoxillik fəaliyyət planını təsdiqləyib.
Maliyyə dəstəyi aşağıdakı strateji sahələri əhatə edəcək:
Dövlət maliyyəsinin idarə edilməsi və daxili nəzarət;
İxracın şaxələndirilməsi;
Viza liberallaşdırılması dialoqu və qanunun aliliyi;
Məşğulluq, bacarıqların artırılması və sosial inteqrasiya.
Büdcə dəstəyi qarşılığında Ermənistan tərəfi 34 bənddən ibarət islahat paketi həyata keçirməyi öhdəsinə götürüb. Bura biometrik identifikasiya sisteminin tətbiqi, universal tibbi sığorta və Qarabağdan köçən ermənilər üçün mənzil proqramının davam etdirilməsi kimi tədbirlər daxildir.
Firuzə Əliyeva
Sfera.az
