İranda rekord səviyyədə internet kəsintisi yaşanır - NetBlocks

Kateqoriya məlum deyil
T
Qlobal internet monitorinq təşkilatı olan NetBlocks İranda genişmiqyaslı internet kəsintisinin baş verdiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, təşkilatın məlumatına görə, ölkədə müşahidə olunan bu kəsinti dünya üzrə hökumətlər tərəfindən tətbiq edilən ən sərt ölkəmiqyaslı internet məhdudiyyətlərindən biri sayılır.
Bildirilib ki, bu hadisə yanvar ayında baş verən etirazlardan sonra İranda qeydə alınan ikinci ən uzunmüddətli internet kəsintisi kimi qiymətləndirilib. Məlumata əsasən, İran 2026-cı ilin təxminən üçdə birini internetə məhdud çıxış şəraitində keçirib. NetBlocks qeyd edib ki, belə genişmiqyaslı internet məhdudiyyətləri ölkədə informasiya axınına və onlayn xidmətlərə çıxışa ciddi təsir göstərir.
Bəsti Rəfizadə
Sfera.az
