Simonyan:"TRIPP təhlükəsizliyə töhfə verəcək"

“Ermənistan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) regionda təhlükəsizliyə ciddi töhfə verəcəyini gözləyir”.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib. Brifinqdə çıxış edən Simonyan qeyd edib ki, bu gün imzalanan 49 illik çərçivə müqaviləsi ABŞ-nin uzunmüddətli perspektivdə Ermənistanın sərhədləri və ərazisi üçün müəyyən təhlükəsizlik təminatı rolunu oynayacağını göstərir.
Onun sözlərinə görə, TRIPP yalnız iqtisadi layihə deyil, eyni zamanda təhlükəsizlik sisteminin bir hissəsidir. Parlament sədri vurğulayıb ki, bu marşrut çərçivəsində Azərbaycanın bir bölgədən digərinə mal daşımasında hər hansı maneə yaranmayacaq. O əlavə edib ki, layihədə təkcə Ermənistan və Azərbaycan deyil, həm də regionda maraqları olan digər beynəlxalq tərəfdaşlar- Avropa İttifaqı, Rusiya, İran və ABŞ iştirak edir. Simonyanın fikrincə, TRIPP regionda iqtisadi əməkdaşlıqla yanaşı, qarşılıqlı asılılığı artıraraq uzunmüddətli sabitliyə və təhlükəsizliyə xidmət edə bilər.
Fidan Hacızadə
Sfera.az
