Hakan Fidan Ukrayna müharibəsinə dair mövqeyini açıqlayacaq

Hakan Fidan Ukrayna müharibəsinə dair mövqeyini açıqlayacaq
Kateqoriya məlum deyil
T

Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 3-də Brüsseldə keçiriləcək NATO xarici işlər nazirlərinin toplantısında və NATO–Ukrayna Şurasının iclasında iştirak edəcək.


Sfera.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb.


Məlumata görə, Fidan toplantıda Rusiya–Ukrayna müharibəsinə son qoyulması, ədalətli və davamlı sülhün təmin edilməsi üçün şərait yaradılmasının vacibliyini vurğulamağı planlaşdırır. Nazir həmçinin münaqişə ilə bağlı son hadisələrə dair fikirlərini bölüşəcək.


Bildirilib ki, Türkiyə Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyəcək. 

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ