3 milyon dollarlıq plan: Rusiya qırıcısını oğurlamağa cəhd etdilər

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bildirib ki, ukraynalı və britaniyalı casuslar rus pilotlara 3 milyon dollar vəd edərək “Kinzhal” hipersonik raketi daşıyan MİG-31 qırıcısını oğurlamağa cəhd göstəriblər.
Sfera.az “NTV”yə istinadən xəbər verir ki, FSB-nin yaydığı məlumatda qeyd olunur ki, oğurlanacağı iddia olunan qırıcı Rumıniyanın NATO hava bazasının yerləşdiyi Konstansa şəhərinə yönəldiləcəkmiş.
Agentliyin məlumatına görə, Ukrayna və Böyük Britaniyanın kəşfiyyat orqanları təyyarəni istifadə edərək böyükmiqyaslı “provokasiya” planlaşdırıblar və Ukrayna hərbi kəşfiyyatı rus pilotları ələ salaraq bu əməliyyata cəlb etməyə çalışıb.
Məlumatda iddia olunur ki, casusların təklif etdiyi qarşılığında pilotlara 3 milyon dollar və xarici vətəndaşlıq təklif olunub. Rusiya televiziyası da iddia olunan şəxsin fotoları və mesajlarını yayıb. FSB bildirib ki, Ukrayna və Britaniya kəşfiyyatına qarşı zəruri tədbirlər görüldüyünü bəyan edib.
Rusiya istehsalı olan və yüksək sürətə malik olduğu bildirilən Kinzhal hipersonik raketinin manevr qabiliyyətinin hava müdafiə sistemləri üçün çətinlik yaratdığı vurğulanır. Məsələ ilə bağlı Ukrayna və Birləşmiş Krallıq rəsmilərindən hələ rəsmi açıqlama verilməyib.
Bəsti Rəfizadə
Sfera.az






