“Altay” tanklarının təhvil mərasimi keçirildi

"Altay" tanklarının təhvil mərasimi keçirildi
Kateqoriya məlum deyil
T

Türkiyədə istehsal olunan ilk yeni nəsil “Altay” tanklarının Silahlı Qüvvələrə təhvil verilməsi mərasimi keçirilib.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsində paylaşıb.

 

Mərasim zamanı çıxış edən dövlət başçısı bildirib ki, bundan sonra hər ay 8 ədəd “Altay” və 10 ədəd “Altuğ” tankı istehsal ediləcək:

 

“Müdafiə sənayemizə etdiyimiz sərmayələrin əhəmiyyəti yaxın illərdə daha aydın görünəcək. Bu gün ordumuza ilk “Altay” tankını təqdim etməyin qürurunu yaşayırıq. Bu tank ən ağır döyüş şəraitlərinə uyğunlaşdırılıb. “Altay”la birlikdə tank texnologiyasında yeni bir mərhələnin əsasını qoyuruq”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR