Məhkəmə CHP-ni müdafiə etdi - Qurultay qanuni keçirilib

Məhkəmə CHP-ni müdafiə etdi - Qurultay qanuni keçirilib
Kateqoriya məlum deyil
T

Ankara 42-ci Hüquq Məhkəməsi Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci və 21-ci Qurultaylarının ləğv edilməsi ilə bağlı açılan iddianı rədd edib. Qərar siyasi dairələrdə geniş rezonans doğurub.

 

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, məlumata görə, məhkəmə CHP-nin 2023-cü ilin 4–5 noyabr tarixlərində keçirilən 38-ci adi qurultayının və 2025-ci il 6 aprel tarixində baş tutan 21-ci fövqəladə qurultayının etibarsız sayılması tələbinə “əsassızdır” qərarı verib.

 

Qərardan sonra AKP cəbhəsindən ilk reaksiya partiyanın tanınmış simalarından olan Şamil Tayyardan gəlib. O, sosial media hesabında paylaşım edərək məhkəmənin qərarını doğru addım kimi qiymətləndirib:

 

“Ankara 42-ci Hüquq Məhkəməsi CHP qurultayının ləğv edilməsi ilə bağlı iddianı rədd etdi. Bununla da bir mübahisə bağlandı. Ankara lobbilərində prosesin təxirə salınacağı ilə bağlı fikirlər vardı, lakin məhkəmə işi uzatmadan qərarını elan etdi. Doğru qərar verdi. Mən hər zaman yerli məhkəmələrin Siyasi Partiyalar Qanunundakı boşluqlara əsaslanaraq Dərnəklər və ya Mülki Məcəlləyə istinadla “seçki hüququ” formalaşdırmasına qarşı olmuşam. Məhkəmə bu yolu da bağladı və YSK ilə uyğun qərara imza atdı. Bu məsələ CHP-nin daxili problemidir və onu necə həll edəcəklərinə özləri qərar verəcəklər”.

 

Beləliklə, məhkəmənin qərarı ilə CHP-nin son iki qurultayının qanuniliyinə dair mübahisələr yekunlaşmış hesab olunur.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR