Türkiyə Qəzzanın bərpasında iştirak edəcək

Türkiyə Qəzzanın bərpasında iştirak edəcək
Kateqoriya məlum deyil
T

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara Fars körfəzi ölkələri ilə birgə Qəzza zolağının bərpası istiqamətində əməkdaşlıq aparacaq.

 

Sfera.az bu barədə “NTV” nəşrinə istinadən xəbər verir. 

 

“Qəzzanın yenidən qurulması sadə məsələ deyil. Lakin Fars körfəzindən olan dost və qardaş ölkələrlə birgə bu təşəbbüsü həyata keçirməyə ümid edirik”, - deyə Ərdoğan bölgəyə üçgünlük səfərdən qayıdarkən jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, İsrailin hücumları nəticəsində Qəzzanın infrastrukturuna ciddi zərər dəyib və bölgənin bərpası üçün böyük miqyaslı işlər görülməlidir.

 

“İlk mərhələdə tikinti texnikasından istifadə ediləcək, daha sonra infrastrukturun yenilənməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Qəzza uzun illərdir bütün insanlıq üçün utanc olan dağıntılara dözüb. Biz birgə səylərlə bu torpaqlarda ləyaqətli və firavan bir gələcək qurmaq üçün çalışacağıq. Türkiyə bütün imkanlarını səfərbər edərək bu məqsədə nail olmağa qərarlıdır”, - deyə Ərdoğan vurğulayıb.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR