Ərdoğan müxalif deputatı məhkəməyə verdi

Kateqoriya məlum deyil
T
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP Qrup sədr müavini Ali Mahir Başarıra qarşı təzminat iddiası qaldırıb.
Sfera.az “Haber Global”a istinadən xəbər verir ki, Başarır 19 oktyabr 2025-ci ildə Bursa İl Konqresində çıxışı zamanı prezident Ərdoğanı hədəf alan ifadələr səsləndirib.
Onun çıxışında dövlət başçısının ünvanına əsassız ittihamlar və təhqiramiz fikirlər səsləndirdiyi bildirilir.
Bu səbəbdən Ankara Asliye Məhkəməsində Ərdoğanın vəkilləri tərəfindən 250 min türk lirəsi məbləğində mənəvi təzminat tələbi ilə iddia qaldırılıb. Eyni zamanda, Ali Mahir Başarır barəsində Türkiyə Cəza Məcəlləsinin 299/1-2 maddəsinə əsasən “prezidenti təhqir etmək” ittihamı ilə Ankara Baş Prokurorluğunda cinayət işi başlanıb.
Fidan Hacızadə
Sfera.az






