Ermənistanda hərbi xidmətin müddəti azaldıldı

Kateqoriya məlum deyil
T
Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il yanvarın 1-dən Ermənistanda məcburi hərbi xidmətin azaldılacağını açıqlayıb.
Sfera.az xəbər verir ki, o bu barədə Telegramda bildirib.
"2026-cı il yanvarın 1-dən, yəni qış çağırışı ilə məcburi hərbi xidmət müddəti iki ildən bir il yarıma endiriləcək" - deyə baş nazir vurğulayıb.
Bundan əvvəl Ermənistan hökuməti ölkənin Müdafiə Nazirliyinin təşəbbüsü ilə hərbi xidmət müddətinin əvvəlki 24 aydan 18 aya endirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Müxalifət artıq bu addımı hakimiyyətin bu ilin iyununa təyin edilmiş parlament seçkiləri ərəfəsində əlavə səs toplamaq məqsədi daşıyan seçki oyunu adlandırıb.
Niyaz Hacıyev
Sfera.az






