Xamenidən Trampa: "Qoy belə düşünsün"

İranın ali dini lideri Əli Xamenei bəyan edib ki, ABŞ Prezidenti Donald Tramp iyun zərbələri nəticəsində İslam Respublikasının bütün nüvə infrastrukturunu məhv edilmiş hesab etməkdə davam edə bilər.
"ABŞ prezidenti fəxr edir ki, onlar İranın nüvə sənayesini bombalayıb məhv ediblər. Çox yaxşı, qoy belə düşünsün!" - deyə o, X-də yazıb.
Sfera.az xəbər verir ki, oktyabrın 9-da Tramp bəyan edib ki, əgər ABŞ İrandakı hədəfləri vurmasaydı, Tehran artıq nüvə silahına malik ola bilərdi.
İyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Aradan 24 saat keçməmiş İslam Respublikası cavab hücumuna keçib. Birləşmiş Ştatlar münaqişənin gərginləşməsindən 9 gün sonra İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib. İran iyunun 23-də axşam saatlarında Amerikanın Yaxın Şərqdəki ən böyük hərbi hava bazası olan Qətərdəki Əl-Udeyd aviabazasına hücum edib. Tramp daha sonra İsrail və İranın atəşkəsə razılaşdığını açıqlayıb.
Qeyd edək ki, atəşkəs iyunun 24-də qüvvəyə minib.
Niyaz Hacıyev
Sfera.az






