Mariya Zaxarova: "Avropa İttifaqı Ukraynada sülh prosesinə mane olmağa çalışır"

Mariya Zaxarova: "Avropa İttifaqı Ukraynada sülh prosesinə mane olmağa çalışır"
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü ərəfəsində təxribatçı addımlar atmaqda ittiham olunur. 

 

Sfera.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropanın Ukrayna ilə bağlı sülh proseslərini pozmağa çalışdığını bildirib.


Zaxarovanın sözlərinə görə, amerikalı ultra-liberalların təsiri altında olan avropalılar Ukrayna münaqişəsi ilə bağlı danışıqları və sülh təşəbbüslərini əngəlləməyə çalışırlar. 

 

“Avropa İttifaqı və Qərb ictimaiyyəti aktiv şəkildə təxribatçı hərəkətlərə əl atır, bəyanatlar verir və təhdidlər edir”– diplomat TASS-a açıqlamasında vurğulayıb.

 

Əvvəllər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson da qeyd etmişdi ki, Rusiyadan Macarıstana gedən yol boyunca yerləşən NATO ölkələri, Budapeştdə planlaşdırılan Putin-Tramp görüşünü pozmaq cəhdləri göstərə bilər.


Xatırladaq ki, oktyabrın 16-da Donald Tramp Vladimir Putinlə telefonla danışaraq, iki liderin şəxsən görüşmək barədə razılığa gəldiklərini açıqlayıb. Görüşün Budapeştdə keçirilməsi planlaşdırılır.


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR