İlham Əliyevlə təmaslardan razıyam - Paşinyan

Kateqoriya məlum deyil
T
“Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslardan və danışıqların nəticələrindən məmnundur”.
Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Nikol Paşinyan deyib.
"Mən Kopenhagendəki görüşümüzdən və ümumilikdə təmaslarımızın nəticələrindən məmnunam. Sülhə gedən yolun institusionallaşdırılmasından da razıyam. Hörmətli həmkarlar, sülh faktdır", - deyə o, hökumətin iclasından sonra keçirilən brifinqdə qeyd edib.
Xatırladaq ki, oktyabrın 2-də Əliyev və Paşinyan Kopenhagendə Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində görüşüblər.
Fidan Hacızadə
Sfera.az






