Türkiyədən türkəsilli əcnəbilərə jest - Xüsusi vəsiqə veriləcək

Türkiyədə yaşayan türkəsilli əcnəbilərə “Xüsusi şəxsiyyət vəsiqəsi”nin verilməsi haqqında qanun qəbul edilib. Bu qaydalar 2527 saylı qanuna əsasən həyata keçirilir və sənədlər idarələr tərəfindən toplanaraq Daxili İşlər Nazirliyinin Əhali və Vətəndaşlıq İşləri Baş İdarəsinə göndərilir.
Sfera.az xəbər verir ki, nazirliyin göstərişinə əsasən, vəsiqə almaq üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
Türk mənşəli olduğunu təsdiq edən rəsmi sənəd;
Əhalinin qeydiyyat forması;
Təsdiqlənmiş diplom;
Tərcümə və təsdiqli pasport surəti;
Son 6 ayda çəkilmiş 3 ədəd fotoşəkil;
Evlilik sənədinin təsdiqli surəti (evlilər üçün);
Yaşayış icazəsinin surəti;
Bildirilib ki, yeni qərara əsasən, türkəsilli əcnəbilərin işləmə və ya işlədilməsinə icazə verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən yaşayış icazəsi, bu peşəni icra etməsində təhlükəsizlik baxımından hər hansı bir maneənin olmaması, xarici ölkələrdən alınmış sertifikatların ekvivalentliyinin müvafiq qurumlar tərəfindən təsdiqlənməsi, Prezident qərarı ilə müəyyən edilmiş türksoylu icmadan olmaq lazımdır.
Sənədlər tam təqdim olunduğu halda şəxsiyyət vəsiqəsinin verilməsi prosesi daha qısa müddətdə başa çatdırılacaq.
Bəsti Rəfizadə
Sfera.az






