Putinin “rusdilli ölkə” ifadəsi - Yeni təxribatların anonsudur?

Putinin "rusdilli ölkə" ifadəsi - Yeni təxribatların anonsudur?
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putinin son mətbuat konfransında Azərbaycanı “rusdilli ölkə” adlandırması birmənalı qarşılanmayıb. 

 

Politoloq Məhəmməd Əsədullazadə Sfera.az-a açıqlamasında bildirib ki, bu ifadə Kremlin təbliğatçılarının növbəti təxribat ssenarilərinə siqnal xarakteri daşıyır.

 

Onun sözlərinə görə, Azərbaycan nə dil, nə etnik, nə də dini baxımdan Rusiya ilə ortaq məxrəcə malik deyil:

 

“Azərbaycan türk və müsəlman ölkəsidir. Ruslarla azərbaycanlılar arasında dil, etnik, din və mədəniyyət baxımından ciddi fərqlər var. SSRİ dövründə rus dilinin öyrənilməsi məcburi idi, lakin bu, heç vaxt xalqlar arasında yaxınlıq yaratmayıb. Azərbaycan xalqı ilə rus xalqı arasında birbaşa qonşuluq da yoxdur - arada Şimali Qafqaz və orada yaşayan müsəlman xalqları yerləşir”.

 

 

Politoloq qeyd edib ki, Azərbaycanda rus dili kütləvi xarakter daşımır və yalnız paytaxt Bakıda məhdud şəkildə işlədilir:

 

“Regionlarda rus dili ümumiyyətlə işlədilmir, bu dildə təhsil alanların sayı da azdır. Azərbaycan xalqının mədəniyyəti, dəyərləri və tarixi rus xalqından daha qədim və zəngindir”.

 

Əsədullazadə vurğulayıb ki, İlham Əliyevdən üzr istəməsinə baxmayaraq, Putin yenə də eyni ritorikanı davam etdirir:

 

“Bu, Kremlin Azərbaycana qarşı yeni ideoloji təzyiq cəhdlərinin başlanğıcı kimi qiymətləndirilməlidir”.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR